Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər
# 25 iyul 2017 14:43 (UTC +04:00)

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.

Ümumilikdə “Tank biatlonu” müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.

Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR