Misir məhkəməsi 296 nəfər Mursi tərəfdarına həbs cəzası verib

Misir məhkəməsi 296 nəfər Mursi tərəfdarına həbs cəzası verib
# 01 dekabr 2016 01:30 (UTC +04:00)

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu şəxslər 2013-cü ildə İsmayiliyə əyalətindəki məhkəmə kompleksinin binasında iğtişaşlar təşkil etməkdə ittiham olunublar. O zaman təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 10 nəfər ölmüşdü.

Qeyd edək ki, noyabrın 15-də Məhəmməd Mursi haqqında ölüm hökmü ləğv edilib. Lakin o, Qətərə casusluqda ittiham olunaraq 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə günahlandırıldığına görə daha 20 il həbsxanada qalacaq.

Xatırladaq ki, M. Mursi 2012-ci ildə prezident seçilib. 2013-cü ilin yayında isə hərbçilər tərəfindən devrilib. Çevrilişdən sonra M. Mursi və “Müsəlman qardaşları” hərəkatının bir çox üzvləri həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR