Gürcüstan baş naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstan baş naziri Azərbaycan səfiri ilə görüşüb
# 01 fevral 2017 14:17 (UTC +04:00)

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri, ikitərəfli münasibətlərin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

G. Kvirikaşvili Azərbaycan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə ölkəsi ilə Azərbaycan arasında ənənəvi əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR