YARAT İncəsənət Mərkəzində "Həddən artıq uyğunluq” filmi nümayiş olunacaq

YARAT İncəsənət Mərkəzində "Həddən artıq uyğunluq” filmi nümayiş olunacaq
# 06 yanvar 2017 08:35 (UTC +04:00)

Yanvarın 10-da YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyətlə sual-cavab bölümü ilə davam edəcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR