Türkiyənin Gürcüstandakı səfiri Marneuliyə səfər edib

Türkiyənin Gürcüstandakı səfiri Marneuliyə səfər edib
# 06 fevral 2018 14:44 (UTC +04:00)

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfir Marneuli rayonunun icra başçısı Temur Abazovla görüşüb. Tərəflər qarşılıqlı münasibətlərin dərinləşdirilməsi məqsədilə görüləcək işlər, gələcək planlar, rayonda mövcud investisiya imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Türkiyə İnkişaf Agentliyinin rəhbəri Hüseyin Şanlı da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR