Piyadanı avtomobillə vurub öldürən sürücüyə hökm oxunub

Piyadanı avtomobillə vurub öldürən sürücüyə hökm oxunub
# 10 fevral 2017 10:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fikrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Zabrat qəsəbəsində baş verib. Şəhər şosesində Əliyev Fikrət Yusif oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə piyada 1964-cü il təvəllüdlü Əliyev Zahir Natiq oğlunu vuraraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR