Moldovada müdafiə nazirinin mübahisəli təyinatı gerçəkləşib

Moldovada müdafiə nazirinin mübahisəli təyinatı gerçəkləşib
# 24 oktyabr 2017 14:59 (UTC +04:00)

Moldovada siyasi böhrana səbəb olmuş yeni müdafiə naziri təyinatı gerçəkləşib.

APA-nın məlumatına görə, Avropa Xalq Partiyasının sədr müavini, 32 yaşlı Yevgeni Sturza müdafiə naziri təyin olunub. Bu gün o, parlamentin sədri, prezidentin əvəzinə müdafiə nazirinin təyinatı barədə fərmanı imzalamış parlamentin sədri Andrian Kandunun iştirakı ilə and içərək vəzifəsinin icrasına başlayıb. A. Kandu bildirib ki, müdafiə nazirinin təyinatı xüsusi prosedur çərçivəsində baş tutub: "Bu gün düşdüyümüz böhrana nöqtə qoyulur. Ümid edirəm ki, belə böhranla bir də üzləşməyəcəyik".

С 2009 года работал советником бывшего премьер-министра Владимира Филата. После этого руководил аппаратом правительства, когда его возглавлял бывший коллега Филата по Либирал- демократической партии Молдовы Юрий Лянкэ

Подробнее на ТАСС:
http://tass.ru/mezhdunarodnaya-panorama/4672193

Qeyd edək ki, prezident İqor Dodon baş nazir Pavel Filipin müdafiə naziri vəzifəsinə irəli sürdüyü Y. Sturzanın namizədliyini iki dəfə geri qaytarıb. Hökumət problemin həlli üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi qərar verib ki, prezidentin əvəzinə təyinat barədə fərmanı baş nazir və ya parlamentin sədri imzalaya bilər. Çünki prezidentin hökumətin təqdimatını yalnız bir dəfə geri qaytarmaq hüququ var. İ. Dodon KM-in qərarını siyasi adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR