Tramp Nyu-Yorkda mətbuat konfransı keçirəcək

Tramp Nyu-Yorkda mətbuat konfransı keçirəcək
# 06 yanvar 2017 18:20 (UTC +04:00)

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp noyabr seçkilərindəki qələbəsindən sonra ilk dəfə böyük mətbuat konfransı keçirəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Trampın rəsmi nümayəndəsi Şon Spayser bildirib.

“Mətbuat konfransı yanvarın 11-də Nyu-Yorkda, yerli vaxtla saat 11:00-da başlayacaq”, deyə Ş.Spayser qeyd edib.

Onun sözlərinə görə, tədbirdə Donald Tramp geniş şəkildə müxtəlif mövzulara toxunmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR