Noyabrda bankların öhdəlikləri 1 mlrd. manata yaxın artıb

Noyabrda bankların öhdəlikləri 1 mlrd. manata yaxın artıb
# 30 dekabr 2016 14:36 (UTC +04:00)

2016-cı ilin dekabrın 1-nə bankların cəmi öhdəliklərinin həcmi 25 579,4 mln. manat təşkil edib.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, oktyabrla müqayisədə noyabrda bankların cəmi öhdəliklərinin həcmi 964,8 mln. manat və 3,37% artıb. Sentyabrla müqayisədə isə oktyabrda bankların cəmi öhdəlikləri 765,8 mln. manat və ya 2,61% azalıb.

Ümumiyyətlə, sentyabrla müqayisədə noyabrda bankların cəmi öhdəlikləri 199 mln. manat və ya 0,68% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR