İraqda çeçen əsilli İŞİD komandiri məhv edilib

İraqda çeçen əsilli İŞİD komandiri məhv edilib
# 24 noyabr 2016 00:09 (UTC +04:00)

İraqda çeçen əsilli olan İŞİD komandirlərindən biri məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq müdafiə nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, səhra komandiri daha bir neçə terrorçu ilə birlikdə Mosul yaxınlığında məhv edilib. Onun adı açıqlanmır.

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR