ARDNF AÇG və "Şahdəniz"dən 125 mlrd. dollaradək gəlir əldə edib

ARDNF AÇG və "Şahdəniz"dən 125 mlrd. dollaradək gəlir əldə edib
# 07 fevral 2017 12:03 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin yanvarın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən il AÇG yataqları üzrə fond 5,1 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 64 mln. dollar həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 122,109 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 2,506 mlrd. dollar həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR