“Abituriyent” jurnalının 12-ci nömrəsi çap olunub

“Abituriyent” jurnalının 12-ci nömrəsi çap olunub
# 14 may 2018 09:24 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edib.

DİM-dən APA-ya verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.

İmtahanların nəticələri əsasında təhlillər aparılıb, müvafiq material­lar hazırlana­raq jurnalın elektron versiyasına daxil edilib.

Ayrı-ayrı rayonların 2017-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar, qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri, kənd təsərrüfatı profilli ixtisaslar statistikada və neft-qaz profilli ixtisaslar statistikada “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəklində nəşr edilib.

Jurnalı DİM-dən, “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Jurnalın elektron versiyasını isə (PDF formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (http://eservices.dim.gov.az/ejurnal/).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR