“Xəzər-2017” beynəlxalq kompleks təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunub

“Xəzər-2017” beynəlxalq kompleks təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunub
# 02 aprel 2018 14:20 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) “Xəzər-2017” beynəlxalq kompleks təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitə tərəfindən verilmiş medallar əməkdaşlara fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev tərəfindən təqdim edilib.

Xatırladaq ki, 2 və 3 noyabr 2017-ci il tarixlərində Bakı şəhərində Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda “Xəzər-2017” beynəlxalq kompleks təlimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR