Bakıda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Bakıda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb
# 03 may 2018 00:41 (UTC +04:00)

Bakının Xəzər rayonu ərazisində, Aeroport yolunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə zamanı "QAZ 31105", "Saipa" və "Opel" markalı avtomobillər toqquşub.

Avtomobillərin üçü də şəhərin mərkəzi istiqamətində hərəkət edirmiş. Yüksək sürət və ara məsafələrinin qorunmaması səbəbindən əvvəlcə "Saipa" və "QAZ 31105" markalı avtomobillər toqquşub. Daha sonra "Opel" də onlara çırpılaraq qəzanın iştirakçısına çevrilib. Nəticədə avtomobillərdə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR