Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət saldo 5 mlrd. dollara yaxınlaşır

Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət saldo 5 mlrd. dollara yaxınlaşır
# 13 dekabr 2017 06:57 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 mlrd. 291 mln. 683,43 min dollar təşkil edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 26,57% çoxdur.

Bu ilin 11 ayında idxal əməliyyatları 7 mlrd. 790 mln. 703,53 min dollar olub ki, bu da 2016-cı ilin 11 ayı ilə müqayisədə 0,96% çoxdur.


Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 12 mlrd. 500 mln. 979,9 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 50,34% çoxdur.


Nəticədə 4 mlrd. 710 mln. 276,37 dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR