Ali Məhkəmə "Kanal-13"-ün rəhbəri Əziz Orucovun həbsdən azad edilməsi barədə qərar çıxarıb

Ali Məhkəmə "Kanal-13"-ün rəhbəri Əziz Orucovun həbsdən azad edilməsi barədə qərar çıxarıb
# 05 aprel 2018 09:47 (UTC +04:00)

Ali Məhkəmədə "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb.

Vəkil Cavad Cavadlı APA-ya deyib ki, məhkəmə Əziz Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib.

Ə. Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib. Onun azadlığa buraxılmasına qərar verilib.

Ə. Orucovun bir neçə saata saxlandığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılcağı bildirilir.

Qeyd edək ki, Ə. Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə. Orucov ittihamları qəbul etmir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb. Kassasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR