Xızıda 19 gün ərzində 5 365 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 19 gün ərzində  5 365 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 15 sentyabr 2017 00:37 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 14-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 4 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 128 ədəd partlamamış hərbi sursat (PHS), 52 ədəd partlamış-yanmış mərmi qalıqları və 712 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 3 455 785 kv.m (345.58 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 19 gün ərzində 5 365 ədəd partlamamış hərbi sursat (PHS), 3 189 ədəd partlamış-yanmış sursat qalıqları və 5 408 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 35 757 738 kv.m (3 575.77 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR