Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb
# 14 may 2018 10:11 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 mlrd. 786,2 mln. dollar təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla verdiyi məlumata əsasən, bu, ötən ilin eyni göstəricisindən 22,2% çoxdur.

Hesabat dövründə qonşu ölkənin ixracı 22% artaraq 961,4 mln. dollar, idxalı isə 22,3% artaraq 2 mlrd. 824,8 mln. dollar həcmində olub.

Ticarət dövriyyəsinin kəsri isə 1 mlrd. 863,5 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR