Rusiya və Türkiyə arasında Suriyada əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb

Rusiya və Türkiyə arasında Suriyada əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb
# 12 yanvar 2017 18:56 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva bürosuna daxil olan məlumatda bildirilir.

Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

Sənəddə həmçinin terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR