“Standard Insurance” gəlirlərini artırıb

“Standard Insurance” gəlirlərini artırıb
# 25 oktyabr 2016 12:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Standard Insurance” sığorta şirkəti 2016-cı ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb.

“Standard Insurance”dən “APA-Economics”ə verilən məlumata görə, şirkətin sığorta haqlarının yığımı ötən ilin doqquz ayı ilə müqayisədə 13% artaraq 17 mln. 406 min manat olub.

Şirkətin əsas əməliyyat gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2 540 605 manat artaraq 23 mln. 423 min manata çatıb. Cəmi gəlirləri isə müvafiq olaraq 1 mln. 625 min manat artıb.

Sığorta haqlarının, xüsusilə icbari sığorta yığımlarının çoxalması ilə əlaqədar sığorta ödənişləri də 2015-ci ilin müvafiq dövrünə nisbətən 670 773 manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR