Kommunal xidmətlər sektoru üzrə prioritetlərin icrası ÜDM-i 832 mln. manat artıracaq

Kommunal xidmətlər sektoru üzrə prioritetlərin icrası ÜDM-i 832 mln. manat artıracaq
# 29 dekabr 2016 07:17 (UTC +04:00)

Kommunal xidmətlər sektoru üzrə nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2020-ci ildə real ÜDM 832 mln. manat artacaq. "APA-Economics" xəbər verir ki, bu, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.

Sənəddə qeyd olunur ki, kommunal xidmətlər sektorunda bütün dəyər zəncirində 6645 yeni iş yeri yaradılacaq. Bu, 2020-ci ildən sonrakı dövrdə Azərbaycanda iqtisadi dayaqların və kommunal xidmət sektorunun gücləndirilməsinə imkan verəcək.

Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə etməklə, cəmi 8 mlrd. 150 mln. manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR