"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib
# 13 fevral 2018 07:17 (UTC +04:00)

Beynəlxalq reytinq agentliyi "Fitch" "Pasha Yatırım Bankası A.Ş."nin reytinq üzrə proqnozunu "sabit" səviyyəsində təsdiqləyib.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat agentliyin rəsmi internet səhifəsində yer alıb. Reytinq agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin milli valyutada uzunmüddətli reytinqini "BBB+" səviyyəsində təsdiqləyib.

"Fitch" agentliyi bəyan edib ki, reytinq verilərkən "PAŞA Bank"ın səhmdarlarının "Pasha Yatırım Bankası A.Ş."yə dəstəyi nəzərə alınıb.

Agentliyin mütəxəssisləri hesab edir ki, türkiyədəki rəqibləri ilə müqayisədə "Pasha Yatırım Bankası A.Ş."nin kredit qabiliyyətliliyi sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR