Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək

Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək
# 31 iyul 2017 10:01 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd olunub ki, yarışlarda 17 ölkənin komandası iştirak edir. Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR