“Azər-Türk Bank”dan dövlət büdcəsinə daxilolmanın məbləği məlum olub

“Azər-Türk Bank”dan dövlət büdcəsinə daxilolmanın məbləği məlum olub
# 28 noyabr 2016 13:59 (UTC +04:00)

Gələn il səhmlərində dövlətin payı olan “Azər-Türk Bank” ASC-dən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmanın məbləği məlum olub.

APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Rəydə qeyd olunub ki, 2017-ci ildə “Azər-Türk Bank” ASC üzrə dividenddən daxilolmalar 828 min manat və ya 25,2% çox proqnozlaşdırılıb.

Qeyd edək ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən 2017-ci ildə nəzərdə tutulmuş daxilolmaların artımı əsasən “Azər-Türk Bank” tərəfindən dövlət büdcəsinə ödəniləcək dividend məbləğinin proqnozlaşdırılmış artımı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR