Bakıda polis 14800 ədəd partlayıcı oyuncaq müsadirə edib

Bakıda polis 14800 ədəd partlayıcı oyuncaq müsadirə edib
# 07 dekabr 2016 08:17 (UTC +04:00)

Yeni il ərəfəsində polis partlayıcı oyuncaqlar və pirotexniki məmulatlara qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR