KİV: Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək

KİV: Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək
# 18 yanvar 2018 04:42 (UTC +04:00)

Martın sonunda Avropa İttifaqı və Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Welt” qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.

Nəşrə görə, Brüssel Ankara ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir. Sammitin əsas müzakirə mövzusunu beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika və təhsil məsələləri təşkil edəcək.

Məlumata görə, tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin başçısı Antonio Tayani və Bolqarıstanın baş naziri Boyko Borisov qatılacaq.

Qeyd edək ki, yanvarın 1-dən rotasiya qaydasına uyğun olaraq Bolqarıstan Avropa İttifaqı Şurasının sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR