Zərərçəkmiş iş adamı: “MTN-in şöbə rəisinə 200 min dollar verdim, həmin pulu istəyirəm"

Zərərçəkmiş iş adamı: “MTN-in şöbə rəisinə 200 min dollar verdim, həmin pulu istəyirəm"
# 25 yanvar 2018 12:56 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda zərərçəkmiş iş adamı Mehrac Qurbanov çıxış edib. M. Qurbanov deyib ki, Vüsal Ələkbərova 200 min dollar verib: "Həmin pulu Vüsaldan istəyirəm".

Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxış etmək üçün prokurora söz verilib. Prokuror bildirib ki, cinayət işinin həcmi böyükdür. O çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb və prokurora çıxışa hazırlaşmaq üçün vaxt verilib.

Növbəti proses fevralın 1-də davam edəcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR