Polşa baş nazirinin avtomobil korteji İsraildə qəzaya düşüb, xəsarət alanlar var

Polşa baş nazirinin avtomobil korteji İsraildə qəzaya düşüb, xəsarət alanlar var
# 21 noyabr 2016 22:46 (UTC +04:00)

Polşa baş naziri Beata Şidlonun avtomobil korteji İsraildə qəzaya düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Tel-Əviv və Qüds şəhərləri arasındakı yolda baş verib.

Kortejdə altı avtomobil olub. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Onlardan birinin mühafizə xidməti, digərinin isə XİN əməkdaşı olduğu bildirilir.

İlkin məlumata görə, yol qəzasına səbəb təkərin partlaması olub. Sürücü sükana nəzarəti itirib və zəncirvarı qəza baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR