Moskvada qətl törətməkdə şübhəli bilinən şəxs Azərbaycana qaçmaq istəyərkən təyyarədə tutulub

Moskvada qətl törətməkdə şübhəli bilinən şəxs Azərbaycana qaçmaq istəyərkən təyyarədə tutulub
# 07 noyabr 2016 14:09 (UTC +04:00)

Moskvada odlu silahla qətl törətməkdə şübhəli bilinən şəxs “Şeremetyevo” aeroportunda təyyarədə saxlanılıb. O, Azərbaycana uçmağa hazırlaşırmış.

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, ehtimal edilən qatil cinayətdən sonra təyyarəyə bilet alıb.

Qeyd edək ki, bazar günü Moskvanın Mikluxo-Maklay küçəsində yerləşən “Belyayevo” ticarət mərkəzi yaxınlığındakı dayanacaqda kişi cəsədi aşkarlanıb. Onun sinəsində güllə yarası olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR