SOCAR qaz hasilatını 15% azaldıb

SOCAR qaz hasilatını 15% azaldıb
# 17 noyabr 2016 08:17 (UTC +04:00)

Bu ilin oktyabr ayında SOCAR tərəfindən 503,7 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 15,33% az, cari ilin sentyabr ayı ilə müqayisədə isə 4,54% çoxdur.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən həyata keçirilən təbii qaz hasilatı 5 mln. 210,2 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin 10 ayı ilə müqayisədə 9,48% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevralda 504,4 min, martda 547,8 min, apreldə 519,2 min, mayda 535,6 min, iyunda 512 min, iyulda 530,9 min, avqustda 531,7 min, sentyabrda isə 481,8 min kubmetr təbii qaz hasil edilib.

Bu ilin oktyabr ayında bütün ölkə üzrə 2 mln. 349 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 7% az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,61% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24 mln. 637,8 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin 10 ayı ilə müqayisədə 2,34% çoxdur.


Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 520 min, fevralda 2 mln. 368 min, martda 2 mln. 583 min, apreldə 2 mln. 474,9 min, mayda 2 mln. 520,1, iyunda 2 mln. 472 min, iyulda 2 mln. 496 min, avqustda 2 mln. 496 min, sentyabrda isə 2 mln. 311,9 min kubmetr təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR