Bakıda taksi qaçırılıb

Bakıda taksi qaçırılıb
# 14 avqust 2017 09:45 (UTC +04:00)

Bakıda taksi qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobil qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil "Baksol" yaşayış sahəsində tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR