Raşida Dati: “Ermənistan əsassız və qanunsuz siyasi tələbləri üçün mülki əhalini hədəfə almağı dayandırmalıdır"

Raşida Dati: “Ermənistan əsassız və qanunsuz siyasi tələbləri üçün mülki əhalini hədəfə almağı dayandırmalıdır"
# 06 iyul 2017 09:51 (UTC +04:00)

Avropa Parlamentinin üzvü, Paris 7-ci bələdiyyənin sədri Raşida Dati Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun artilleriya atəşi nəticəsində dinc sakinlərin ölməsi ilə bağlı bəyanat verib.

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, bəyanatda əvvəlcə qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir.

Bəyanatda deyilir ki, günahsız insanların öldürülməsi, qeyri-insani aktlar dayandırılmalıdır: “Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz. ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik. Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR