Toyda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Toyda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 27 noyabr 2017 09:35 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda keçirilən toyda qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il Qusarın Xürel kəndində keçirilən toy məclisində baş verib.

46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyovla onun 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyov arasında mübahisə düşüb.

Ramik Aydabəyov masanın üzərindəki butulkanı sındıraraq İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. İ. Ulubəyov orda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR