"Questnet LTD" şirkətinin əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

"Questnet LTD" şirkətinin əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
# 01 dekabr 2016 09:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Şirinov və Oruc Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Şirinova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Oruc Bayramov barəsində şərti cəza təyin edilib və başqa yerə getməmə haqqında qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər "Questnet LTD" şirkətinin əməkdaşlarıdır. Onlar Bakı sakinlərini işə düzəltmək adı ilə pulunu mənimsəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR