Yetkinlik yaşına çatmayan şəxs məhkəmə zalında həbs edilib

Yetkinlik yaşına çatmayan şəxs məhkəmə zalında həbs edilib
# 08 noyabr 2016 13:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İntiqam Məmmədov və yetkinlik yaşına çatmayan Ramil Şəfəqqətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən İ. Məmmədov 10 il, R. Şəfəqqətov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. 16 yaşlı R. Şəfəqqətov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, bu il mayın 16-da Bakı şəhər sakini Allahyar Səmədovun evindən 6000 manat pul və qızıl əşyalar oğurlamış Füzuli rayon sakini əvvəllər məhkum olunmuş İntiqam Məmmədov və Ramil Şəfəqqətov saxlanılıb.

Müəyyən edilib ki, İ. Məmmədov R. Şəffəqqətovu ülgüclə boğazını kəsməklə hədələyərək, onu oğurluğa təhrik edib.

R. Şəfəqqətov yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR