ABŞ-da 6,2 bal gücündə zəlzələ olub

ABŞ-da 6,2 bal gücündə zəlzələ olub
# 25 iyun 2015 01:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Alyaska ştatında 6,2 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti xəbər yayıb.

Yeraltı təkanların episentri Alyaskanın paytaxtı Ankoric şəhərindən 125 km şimal-qərbdə, ocağı isə 104 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR