Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb

Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb
# 05 fevral 2018 08:46 (UTC +04:00)

Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 3-də saat 8 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Fəxri Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobili maneəyə vurub. Nəticədə onun sərnişinlərindən olan Türkiyə vətəndaşı Murat Yıldırım hadisə yerində ölüb, digərləri, paytaxt sakinləri olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR