Bakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb

Bakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb
# 04 iyun 2018 09:39 (UTC +04:00)

Bakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR