Masallıda yük avtomobili yanıb

Masallıda yük avtomobili yanıb
# 13 yanvar 2017 22:21 (UTC +04:00)

Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallının Digah kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR