Bankların kredit portfeli bu il 4 mlrd. manat azalıb

Bankların kredit portfeli bu il 4 mlrd. manat azalıb
# 04 oktyabr 2017 11:23 (UTC +04:00)

2017-ci ilin avqust ayında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.


"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, sentyabr ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 907,2 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 485,7 mln. manat və ya 3,92% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 3,893 mlrd. manat və ya 24,64% azalıb. Xatırladaq ki, cari ili yanvarın 1-nə bankların kredit portfelinin həcmi 15 mlrd. 800,2 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR