Mənimsəmədə təqsirləndirilən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb

Mənimsəmədə təqsirləndirilən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb
# 01 mart 2017 07:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Elməddin İbişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. İbişov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 sınaq müddəti seçilib. E. İbişov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elməddin İbişov broyler şirkətlərindən birində satış meneceri çalışıb. O, şirkətin 11 min manatını mənimsəməkdə təqsirləndirilib, Cinayət Məcəlləsinin 179.3.2-ci(külli miqdarda ziyan vurmaqla, mənimsəmə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR