Oğuzda istirahət edən Yevlax sakini yıxılaraq xəsarət alıb

Oğuzda istirahət edən Yevlax sakini yıxılaraq xəsarət alıb
# 13 iyul 2017 06:57 (UTC +04:00)

Oğuzda istirahət edən Yevlax rayon sakini yıxılaraq ağır xəsarət alıb.

Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 12-i günorta saatlarında evlax rayonu Aşağı Bucaq kənd sakini, 1993-cü il təvəllüdlü Sevinc Mətləb qızı Kərimova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, ailəsi ilə birlikdə rayona istirahətə gələn gənc qız rayonun Xalxal kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə gəzərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Sevin Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR