AİB yaxın iki ildə Azərbaycanda kreditləşmənin artacağını proqnozlaşdırır

AİB yaxın iki ildə Azərbaycanda kreditləşmənin artacağını proqnozlaşdırır
# 11 aprel 2018 16:23 (UTC +04:00)

Növbəti iki ildə Azərbaycanda inflyasiyanın cilovlanması üçün pul siyasətinin sərt olaraq qalacağı proqnozlaşdırılır.

APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatında qeyd olunub.

Hesabat müəllifləri qeyd edir ki, neft gəlirlərinin artması xarici valyuta bazarında volatilliyi yumşalda bilər. “Azərbaycan Mərkəzi Bankı manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün bazara müdaxilə edə, bununla da inflyasiya təzyiqlərini məhdudlaşdıra bilər. Bu illər ərzində bank sektorunda dollarlaşma səviyyəsinin yüksək olaraq qalacağı proqnozlaşdırılır. Manatın məzənnəsinin sabitliyi özəl sektoru xarici valyutada kredit götürməyə həvəsləndirəcək, bununla da kreditləşmə artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR