Britaniyada terror təhlükəsi səbəbindən aeroportların və AES-lərin mühafizəsi gücləndirilib

Britaniyada terror  təhlükəsi səbəbindən aeroportların və AES-lərin mühafizəsi gücləndirilib
# 02 aprel 2017 03:46 (UTC +04:00)

Böyük Britaniyada terror hücumları və elektron sistemlərə kənardan müdaxilə təhlükəsi olduğundan hava limanlarının və AES-lərin mühafizəsi gücləndirilib. APA-nın xəbərinə görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Britaniya kəşfiyyatı hesab edir ki, İŞİD terrorçuları təhlükəsizlik sistemləri üçün “görünməz” olan partladıcı qurğular istehsal etməyə müvəffəq olublar.

Həmçinin, hakerlərin Britaniya AES-lərinin mühafizə sistemlərinə hücum etmək niyyətində olması barədə xəbərdarlıq yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR