Sosial xidmət müəssisələrində 1100-ə yaxın şəxs daimi dövlət təminatında yaşayır

Sosial xidmət müəssisələrində 1100-ə yaxın şəxs daimi dövlət təminatında yaşayır
# 16 fevral 2017 13:38 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda daimi dövlət təminatında yaşayanların sayı 1087 nəfər təşkil edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,həmin insanlardan 321 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olmaqla nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Sosial xidmət müəssisələrində yaşayan şəxslərdən 526 nəfəri isə ruhi-əsəb əlili olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar. Qalan şəxslər isə nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayırlar.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları yönündə də müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə tədbirlərin davamı olaraq, keçən il bu müəssisələrdən 42 nəfər şəxsin doğma ailə mühitinə qayıtmaları təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR