Kuba XİN: Embarqonun ləğvi ABŞ-la normal münasibətlərin şərtidir

Kuba XİN: Embarqonun ləğvi ABŞ-la normal münasibətlərin şərtidir
# 14 avqust 2015 19:55 (UTC +04:00)

Bakı-APA. Kubaya qarşı uzun illərdir ki tətbiq edilən embarqonun aradan qaldırılması ABŞ-la normal münasibətlərin şərtidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kubanın xarici işlər naziri Bruno Rodriqes Havanada ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Embarqonun aradan qaldırılması, qanunsuz şəkildə zəbt edilən ərazilərin, Quantanamonun qaytarılması və Kuba xalqına iqtisadi zərərlərin qarşılığının ödənilməsi ABŞ-la normal münasibətlərin bərpası üçün zəruridir”, deyə B.Rodriqes bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri ABŞ bayrağının Kubada açılan səfirliyin binası üzərində qaldırılması ilə bağlı təntənəli mərasimdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR