Külək güclənəcək

Külək güclənəcək
# 24 avqust 2017 10:14 (UTC +04:00)

Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 34-39 isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR