Rahim Sterlinqin döyməyə görə İngiltərə millisindən qovulması tələb olunur

Rahim Sterlinqin döyməyə görə İngiltərə millisindən qovulması tələb olunur
# 30 may 2018 08:07 (UTC +04:00)

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinqin İngiltərə millisindən qovulması tələb olunub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb gənc oyunçunun ayağına vurduğu döymədir.

Belə ki, Sterlinq mundial öncəsi ayağına M-16 tüfənginin döyməsini çəkdirərək, instaqram səhifəsində paylaşıb. “Analar silahlara qarşı” təşkilatı 23 yaşlı yarımmüdafiəçinin bu tatuirovkanı sildirməsini tələb edib. “Bu döymə iyrənc və qəbulolunmazdı. Onu lazerlə silməsini və ya başqası ilə əvəzlənməsini tələb edirik. Əgər buna əməl etməsə, İngiltərə millisindən qovulmalıdı”, - deyə təşkilatın nümayəndəsi Lusi Koul bildirib.

Lakin Sterlinqin buna cavabı özünü çox gözlətməyib. O, bu tatuirovkadan istifadə etməsinin səbəbini açıqlayıb: “Mənim 2 yaşım olanda atam atəş nəticəsində ölüb. Özümə söz vermişəm ki, heç vaxt əlimə silah almayacam. Sağ ayağımla atəş açıram. Yəni, bu döymənin dərin mənası var”.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatında Belçika, Tunis və Panama ilə bir qrupda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR