Dəməşqin atəşə tutulması nəticəsində 8 nəfər ölüb

Dəməşqin atəşə tutulması nəticəsində 8 nəfər ölüb
# 20 noyabr 2017 23:50 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşqin raket və minaatanlardan atəşə tutulması nəticəsində 8 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan ikisi Suriyanın cüdo üzrə yığma komandasının üzvü olub.

Suriya ordusu cavab atəşi ilə silahlı müxalifət döyüşçülərinin Şərqi Qutadakı mövqelərini atəşə tutub.

Qeyd edək ki, Dəməşqin Şərqi Quta bölgəsində rəsmən atəşkəs rejimi qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR