Bakıda Rumıniyanın milli bayramı münasibəti ilə qəbul təşkil edilib

Bakıda Rumıniyanın milli bayramı münasibəti ilə qəbul təşkil edilib
# 01 dekabr 2016 16:52 (UTC +04:00)

Rumıniyanın Milli Birlik günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi qəbul təşkil edib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən səfir Dan Yanku bildirib ki, son 25 il ərzində Azərbaycanla Rumıniya arasındakı əlaqələr bütün sahələrdə inkişaf edib.

"Rumıniya Azərbaycanın beynəlxalq arenada yaxın tərəfdaşı olub və olacaq. Biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların tez bir zamanda başlanmasını dəstəkləyirik. Rumıniya ardıcıl olaraq 4 dəfə NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi olub. NATO-Azərbaycan dialoqunun güclənməsi üçün səylə çalışdıq".

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə Rumıniya xalqını milli bayram münasibəti təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq xarakter daşıyır: "Bununla bağlı iki ölkə arasında fəaliyyət planı mövcuddur. Bu planın icrasında çox maraqlıyıq. Hökumətlərarası komissiyanın indiyədək 4 iclası keçirilib. Ümid edirəm ki, növbəti iclas tez bir zamanda Buxarestdə keçiriləcək. Bu görüşdə enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq müzakirə olunmalıdır".

Nazir müavini bildirib ki, Rumıniya Aİ ölkəsi kimi Azərbaycana dəstək göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR